Dövlət Maliyyə Nəzarəti Xidməti XİN-də maliyyə pozuntularını ortaya çıxarıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Dövlət Maliyyə Nəzarəti Xidməti Xarici İşlər Nazirliyində maliyyə pozuntuları aşkar edib.

AzerTimes-ın məlumatına görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində aparılan nəzarət tədbirləri nəticəsində dövlət büdcəsində dəftərxana və təsərrüfat mallarının alınması üçün nəzərdə tutulmuş vəsaitin satıcı təşkilatların hesablarına köçürülməsinə baxmayaraq, həmin malların, habelə mətbəə blanklarının bir hissəsinin faktiki olaraq alınmadığı aşkar olunub.

Həmçinin, sözügedən Nazirlikdə istifadə olunan kompüter avadanlığı və texniki vasitələr üçün ehtiyat hissələrinin, habelə hədiyyə və suvenirlərin alınması məqsədilə köçürülmüş vəsaitin müqabilində həmin material qiymətlilərinin xeyli hissəsinin faktiki olaraq alınmadığı, bankdan çıxarılaraq Nazirliyin kassasına mədaxil edilən büdcə vəsaitinin bir hissəsinin xərclənməsinə dair sənəd olmadığı halda isə məxaric edilməsi yolu ilə əsassız xərcləndiyi müəyyənləşib.

Teqlər: