Dövlət Komitəsi Ukraynadan Polşa və Macarıstana keçən azərbaycanlılara müraciət edib

Diasporla İş üzrə Dövlər Komitəsi Ukraynada yaranmış vəziyyətlə
bağlı digər qurumlarla koordinasiyalı şəkildə işləyərək,
soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gəlmələri üçün
bütün imkanlarını səfərbər edib.

Komitədən AzerTimes-a verilən məlumata görə, Polşa və Macarıstana
keçə bilən azərbaycanlılar Vətənə təxliyə olunana qədər bu
ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala
bilərlər.

Polşadakı Azərbaycan Evinə +48 732 858 585, Macarıstandakı
Azərbaycan Evinə +994 50 662 19 89
telefon nömrələri vasitəsilə müraciət edə bilərlər.


Qeyd olunur ki, telefon nömrələri 24 saat aktivdir.

Teqlər: