Dövlət Komitəsi Ramazan ayı ilə bağlı monitorinqin nəticəsini açıqlayıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini duruma
nəzarət məqsədilə ölkəmizin şəhər və rayonlarındakı dini
məkanlarda, televiziya kanallarında, radiolarda, internet
resurslarında davamlı olaraq monitorinqlər həyata keçirilir. Eyni
zamanda, bu kimi monitorinqlər Ramazan ayı boyunca da mütəmadi
olaraq davam etdirilməkdədir.

Bunu AzerTimes-a
Dövlət komitəsinin Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri
Elnarə Kərimova deyib.

O bildirib ki, Ramazan ayında aparılan monitorinqlərdə əsas
diqqət mərkəzində olan məsələlərdən biri Qafqaz Müsəlmanları
İdarəsinin elan etdiyi “Ramazan təqvimi”nə riayət olunmasına
nəzarət edilməsidir.

“Bu məqsədlə Dövlət Komitəsi tərəfindən Ramazan ayında fərqli
təqvimlərin yayılmasının yolverilməzliyinə, vahid Ramazan təqviminə
riayət olunmasının vacibliyinə dair çağırışlar edilib.

Qeyd edək ki, Ramazan ayında keçirilən monitorinqlərdə hələ ki
hər hansı ciddi qanun pozuntusu aşkar olunmayıb”, – deyə o
bildirib.

Teqlər: