Xəbər - Samir Əli – Trend:
Sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi
qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı
qonşusu tərəfindən zorakılığa məruz qalması və hal-hazırda
hamiləliyin 7-ci ayında olması ilə bağlı yayılan fakt Ailə, Qadın
və Uşaq Problemleri üzrə Dövlət Komitəsi tərəfindən
araşdırılıb.
Komitədən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə
Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Daxili İşlər
Nazirliyi ilə dərhal əlaqə saxlanılıb.
“Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi
açılıb.
Bu gün azyaşlının psixoloji vəziyyətinin qiymətləndirilməsi və
ona psixoloji dəstək göstərilməsi məqsəd ilə Komitənin nəzdində
fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrlə Dəstək Mərkəzinin
əməkdaşları ailəyə səfər edəcəklər”, – məlumatda deyilir.