Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 001
borcalana 2 milyard 169 milyon 613 min manat kredit verib.
Trend xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında
bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 299 milyon 658
min manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 575
mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.