Dövlət icbari şəxsi sığorta üzrə ödənişlər elektron qaydada təyin ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət
icbari şəxsi sığortası sahəsində elektron infrastrukturun
yaradılması nəticəsində həmin sığorta ödənişlərinin də elektron
sistem üzərindən proaktiv təyinatı mexanizmi qurulacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sığorta
hadisəsindən sonra zərərçəkmiş şəxsin özünə, vəfat etdiyi halda
vərəsələrinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə
ehtiyac qalmadan sığorta ödənişi avtomatik təyin ediləcək və
aidiyyəti şəxsin e-sistemdə qeyd olunmuş telefon nömrəsinə bu
barədə SMS-bildiriş göndəriləcək.

Hazırda həmin e-infrastrukturun əsasını təşkil edəcək “Dövlət
İcbari Şəxsi Sığorta” altsisteminin qurulması işləri davam
edir.

Nazirlik tərəfindən elektron xidmətlərin dairəsi mütəmadi
genişlənir. Qurum üzrə 175 xidmətdən hazırda 110-u elektron, habelə
46-sı proaktiv qaydada göstərilir.

Teqlər: