Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət
Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər
Mehdiyev mayın 27-də saat 11:00-da Qax rayon Heydər Əliyev
Mərkəzində (Qax şəhəri, Nəriman Nərimanov küç. 10) Qax və Şəki
rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Qax və Şəki rayonları sakinlərinin yalnız gömrük
məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi
ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla
(https://customs.gov.az/az/muracietler/sedre-mektub/)
qəbula yazıla bilərlər.