Dövlət Gömrük Komitəsinin rəhbər əməkdaşlarına ali xüsusi rütbələr verilib

Dövlət Gömrük Komitəsinin rəhbər əməkdaşlarına ali xüsusi rütbələr verilib

Dövlət Gömrük Komitəsinin sədrinin sədri Şahin Soltan oğlu Bağırova gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Həmçinin Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Elxan oğlu Məmmədova, Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Mikayıl oğlu Aslanova və Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Bahadur oğlu Ramazanova gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Digər sərəncamla gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Quliyev Bəhruz Faiq oğlu
    Şirinov Natiq Telman oğlu

“Tərəqqi” medalı ilə

    Alverdiyev Tariyel Mehman oğlu
    Məmmədov Elşən Malik oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Alışov Elvin Mahir oğlu
    Bayramov Rəşad Fərrux oğlu
    Dünyamalılı Emin Əhəd oğlu
    Həsənov Rüstəm Abı oğlu
    İsmayılov Amid Raqif oğlu
    İsmayılov Seyfulla Lətif oğlu
    Qasımov Orxan Araz oğlu
    Quliyev Arif Mahmud oğlu
    Qurbanov Vasif Elçin oğlu
    Nəsibov Elxan Şiraslan oğlu
    Nuriyev Nurlan Səxavət oğlu
    Tağıyev Namiq İntiqam oğlu
    Vəliyev Turqut Tehran oğlu