Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir (FOTO)

Bu gün Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərə start verilib. Şeçkilərdə 23 namizəd mübarizə aparır.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya 13 nəfər namizəd üzv seçiləcək.

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın yaradılması istiqamətində Komitə sədrinin sərəncamı ilə İctimai Şura seçkilərinin təşkil edilməsi məqsədilə seçki komissiyası yaradılıb. Seçki komissiyasının 17 iyul 2021-ci tarixli qərarı ilə 27 iyuldan 23 avqusta qədər İctimai Şura üzvlüyünə namizədlərin qeydiyyatı həyata keçirilib. İctimai Şuraya namizədliyi irəli sürülmüş vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 23 nəfərinin namizədliyi qeydə alınıb. Namizədlərin qeydiyyat prosesi yekunlaşdıqdan sonra 2 sentyabrdan 11 sentyabra qədər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda səsvermədə iştirak edəcək seçicilərin qeydiyyatı aparılıb. Vətəndaş cəmiyyəti institutlarının 277 nəfər nümayəndəsinin İctimai Şuraya üzvlərin seçilməsi məqsədilə keçirilən şeçkilərdə iştirakı qeydə alınıb.

İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnamənin 309-cu bəndinə əsasən, səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər İctimai Şuranın tərkibinə seçilmiş hesab olunacaqlar.

Səsvermə bu gün saat 16:00-da bitəcək və seçkinin nəticələrinə dair yekun protokol tərtib edilərək seçki komissiyasının üzvləri tərəfindən imzalanacaq.

Teqlər: