Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr
təyinatları həyata keçirilib.
Trend xəbər verir ki, Vəli Quliyev Nazirlik yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.
V.Quliyev 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci
ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasını bitirib. 2007-ci ildən bank-maliyyyə
sektorlarında rəhbər vəzifələrdə, 2020-ci ildən bu günədək əmək və
əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində
çalışıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Fuad Heydərov
isə Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri, şöbənin
əvvəlki müdiri Əbülfət Məhərrəmov əmək və əhalinin sosial müdafiəsi
nazirinin müşaviri təyin olunub.