Bildiyimiz kimi, 20.12.2021-ci il tarixində Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin (“İXM”)
539-cu maddəsinə dəyişikliklər edilmişdir. Qeyd olunan maddə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin (“Əmək Müfəttişliyi”) qərarlarının və
göstərişlərinin yerinə yetirilməməsi ilə bağlı yaranan inzibati
məsuliyyəti tənzimləyir.
Yeni dəyişiklik Əmək Müfəttişliyi üçün əlavə səlahiyyətlər və
əmək münasibətlərinin iştirakçıları üçün əlavə məsuliyyət
tədbirləri müəyyən edir.
Gəlin, 539-cu maddənin yeni redaksiyada mətni ilə tanış olaq.
Dəyişikliklər göy rənglə kursiv formatda
göstərilmişdir:
Maddə 539. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət 539.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə 539.1-1. Əmək qanunvericiliyinin əmək müqaviləsinin vəzifəli şəxslər min manat məbləğində, hüquqi 539.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək Qeyd: Bu Məcəllənin 539.1-1-ci maddəsində |
Yeni mətnlə tanış olan zaman aydın olur ki:
- əvvəlki məzmuna görə Əmək Müfəttişliyi tərəfindən ancaq
işçilərin həyat və sağlamlığının təhlükəsizliyi haqda qəbul edilən
qərarların icrasının yerinə yetirilməməsinə görə inzibati
məsuliyyət nəzərdə tutulurdu; - qurumun digər göstərişlərinin icra edilməməsi heç bir
məsuliyyətə səbəb olmurdu; - indiki dəyişiklik ilə qanundakı bu boşluq aradan qaldırılaraq
qurumun icrası məcburi qərarlarının və göstərişlərinin tətbiq
dairəsi artırılıb və pozuntu halında yeni cərimələr nəzərdə
tutulub.
Bununla bərabər, maddəyə əlavə olunan “Qeyd” hissəsi 539.1-1-ci
maddə ilə 192-ci maddə (Əmək qanunvericiliyinin pozulması)
arasındakı münasibətləri tənzimləyir və qeyd edilir ki,
539.1-1-ci maddə ilə nəzərdə tutulmuş əməllər o halda
inzibati xəta hesab edilir ki, onlar 192-ci maddəyə əsasən inzibati
məsuliyyətə səbəb olmasın.
Beləliklə, maddələri müqayisə etdikdə görünür ki, 192-ci maddə
daha geniş və konkret pozuntuları əhatə edir. Belə ki, əgər 192-ci
maddədə işəgötürənin əməli əmək qanunvericiliyinin tələblərini
pozursa, 539.1-1-ci maddədə pozulmuş tələblərin aradan qaldırılması
barədə Əmək Müfəttişliyinin imperativ qərar və göstərişləri icra
edilmir. Aşağıda maddələrin tətbiqi ilə bağlı praktik misallar
verilmişdir:
Misal 1.
İşçi işdən azad edilərkən xitam əsası düzgün seçilməmişdir. Bu
halda, işəgötürənin əməli 192.6-cı maddənin “işçinin əmək
müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam
verilməsi” əsası ilə inzibati xəta hesab ediləcək və bu halda
o, 539.1-1-ci maddəyə görə yox, məhz 192-ci maddəyə görə inzibati
məsuliyyətə cəlb ediləcək.
Misal 2.
Əmək Müfəttişliyi yoxlamalar zamanı müəyyən etmişdir ki,
işəgötürən işçilərlə müddətli əmək müqavilələri bağlayarkən Əmək
Məcəlləsinin tələblərinə əməl etməmişdir və Müfəttişlik bununla
bağlı işəgötürənə göstəriş vermişdir. Lakin işəgötürən
Müfəttişliyin göstərişinə əməl etməmişdir. Bu halda, işəgötürənin
əməli 539.1-1-ci maddə üzrə (“əmək müqaviləsinin
bağlanması, dəyişdirilməsi və xitamının əsasları”) inzibati
xəta hesab ediləcək.
Misal 3.
İşəgötürən işçinin məzuniyyət hüququndan istifadə etməsinə icazə
verməyərək işçinin məzuniyyət hüquqlarını pozmuşdur. İşəgötürən bu
əməlinə görə Əmək Müfəttişliyi tərəfindən 192.5-ci maddə ilə, yəni
işçinin məzuniyyət hüquqlarının pozulmasına görə cərimə olunur və
müvafiq hüquqların bərpası haqqında ona göstəriş verilir.
İşəgötürən həmin göstərişin tələblərini icra etmədiyi təqdirdə
539.1-1-ci maddə ilə inzibati məsuliyyətə cəlb ediləcək.
Yuxarıda yazılanları nəzərə alaraq belə qənaətə gəlmək olar ki,
Əmək Müfəttişliyinin yoxlamalar zamanı 192-ci maddənin əhatə
dairəsinə daxil olmayan, lakin 539.1-1-ci maddəsi ilə tənzimlənən
məsələlər ilə bağlı qərar və göstərişlərinin icra edilməməsi
inzibati məsuliyyətə səbəb ola və işəgötürənlər üçün
1000–2000 AZN məbləğində cərimə
olunması ilə nəticələnə bilər.
Bildiyimiz kimi, əksər hallarda işəgötürənlər 192-ci maddədə
nəzərdə tutulan hallarla bağlı kadr sənədləşməsi və tənzimləmələrə
önəm verirdilər və inzibati məsuliyyət yaratmadığı üçün digər
məsələlərə daha az diqqət ayırırdılar.
Hesab edirik ki, yeni dəyişiklik işəgötürənləri bir daha
düşündürməli, müvafiq məsələlərin qanunvericiliyin tələblərinə
cavab verib-vermədiyi nəzərdən keçirilməli və mövcud
çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər
görülməlidir.
Müəlliflər barədə məlumat:
Hüseyn Əliyev 2009-cu ildə Bakı Dövlət Universitetində
beynəlxalq hüquq ixtisası üzrə bakalavr dərəcəsi almışdır. O,
müxtəlif profilli şirkətlərdə hüquq və heyətin idarə edilməsi
sahəsində 10 ildən çox təcrübəyə malikdir. Bu müddət ərzində
dövlət, beynəlxalq və özəl sektorda fəaliyyət göstərmişdir.
Hal-hazırda EKVİTA şirkətində Əmək və Miqrasiya hüququ məsələləri
üzrə cavabdeh hüquq meneceridir.