Oktyabrın 15-də Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanuna əsasən 28 may – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 oktyabr – Dövlət Müstəqilliyi Gününün adı isə dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən AzerTimes-a bildirilib ki, həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.