Dövlət Ehtiyatları Agentliyinin yeni rəhbəri kollektivə təqdim olunub

Dövlət Ehtiyatları Agentliyinin yeni rəhbəri Səbuhi Sadıqov kollektivə təqdim olunub.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilmiş Səbuhi Əhəd oğlu Sadıqov kollektivinə təqdim olunub.


Yeni sədri kollektivə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev təqdim edib.

Teqlər: