Dövlət Departamentində İsrailə qarşı şok memorandum

Dövlət Departamentində İsrailə qarşı şok memorandum

Biz İsrailin beynəlxalq normaları pozmasını, məsələn, hücum əməliyyatlarını qanuni hərbi məqsədlərlə məhdudlaşdırmamasını açıq şəkildə tənqid etməliyik.

AzerTimes xəbər verir ki, bu sözlər “Politiko” nəşrinin ABŞ Dövlət Departamentinin rəsmilərindən əldə etdiyi məxfi memorandumda qeyd olunub.

Memorandumda ABŞ-ın İsrailə qarşı dövlət siyasəti kəskin tənqid edilir:

“Biz açıq şəkildə bəyan etməliyik ki, İsrailin cəzasız qalması Amerika dəyərlərinə ziddir”.

Qeyd olunur ki, sənədi neçə nəfərin imzaladığı və əməkdaşların ABŞ siyasəti ilə razılaşmadığını bildirən memorandumun departamentin rəsmi kanalına göndərilib-göndərilmədiyi bəlli deyil.

Teqlər: