Dövlət büdcəsinin gəlirləri 9,3 faiz artacaq

Dövlət büdcəsinin gəlirləri 9,3 faiz artacaq

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 37 071 100 min manata çatacaq.

Bu barədə AzerTimes-a Maliyyə Nazirliyindən xəbər verilib.

Bu, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri ilə müqayisədə 3 180 600 min manat, yaxud 9,3 faiz çoxdur.

Dövlət büdcəsinin 2027-ci ildə xərclərinin isə 39 660 910 min manata çatacağı proqnozlaşdırılır. Bu, 2023-cü il dövlət büdcəsinin xərcləri ilə müqayisədə 3 036 110 min manat, yaxud 8,3 faiz çoxdur.

Teqlər: