Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə Azərbaycan dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq 3,937 milyard manata bərabər olub.
Trend bu barədə DGK-nin hesabatına istinadən məlumat verir.
Eyni zamanda, hesabat dövründə gömrük rüsumlarından daxilolmalar 1,084 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,78 faiz çoxdur.
Hesabat dövründə DGK dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu 111,19 faiz yerinə yetirib. Bu müddət ərzində dövlət büdcəsinə proqnozdan əlavə 396,3 milyon manat vəsait köçürülüb.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)