2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5736,4 mln. manat, xərcləri 5523,7 mln. manat olub, 212,7 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Maliyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5736,4 mln. manat və ya rüblük proqnoza qarşı 23,5 mln. manat, 0,4 faiz çox icra olunub.