Dövlət büdcəsi haqqında qanun layihəsi bu tarixədək Milli Məclisə təqdim ediləcək

2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi oktyabrın 15-dək Milli Məclisin müzakirəsinə təqdim ediləcək.

AzerTimes xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.

Onun sözlərinə görə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

M.Piriyev bildirib ki, növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.

Teqlər: