2026-cı ilədək Azərbaycanın dövlət borcunu ümumi daxili məhsulun 20 faizi səviyyəsində saxlamaq planlaşdırılır.
AzerTimes xəbər verir ki, bunu Maliyyə Nazirliyi Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzi direktorunun müavini Rəşad Həsənov 3-cü Maliyyə və İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, bu müddətədək Azərbaycanın sosial-iqtisadi inkişafı çərçivəsində qeyri-neft bazasının kəsirini ÜDM-in 17,5 faizinədək azaltmaq planlaşdırılır.
“Azərbaycanın dövlət büdcəsi əsasən Dövlət Neft Fondundan transfertlər hesabına formalaşır. Həmçinin, dövlət büdcəsinin neft sektorundan asılılığının azaldılması üzrə işlər aparılır”, – o deyib.