Dövlət Baxçalı TBMM-in sədri olacaq – Ərdoğan

Dövlət Baxçalı TBMM-in sədri olacaq – Ərdoğan

Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinə müvəqqəti sədrlik edəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”-nin ortaq yayımında deyib.

“Müvəqqəti Məclisin sədri olacaq, biz onunla bu prosesi keçmişik. Onun haqqıdır”, – Ərdoğan qeyd edib.

Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament seçkiləri keçirilib. Yekun nəticələrə əsasən, Millətçi Hərəkat Partiyası (MHP) 51 deputat yeri əldə edib.

Teqlər: