Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən işdən heç kim çıxarılmayıb – Nazirlik

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil
Nəqliyyatı Xidməti (DANX) bəzi KİV-lərdə DANX-ın daşımaların
tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin işdən çıxarılmasını
təkzib edib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyindən məlumat verilib.


“Bu gün Bakıda bir qrup yük avtomobili sürücüsünün etiraz olaraq
yolu bağlaması ilə əlaqədar bəzi KİV-lərdə dərc olunmuş DANX-ın
İdarə Heyətinin sədri Anar Rzayevin rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev tərəfindən xəbərdarlıq alması və qurumun
daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin
vəzifəsindən uzaqlaşdırılması xəbəri həqiqəti əks etdirmir. Dövlət
Avtomobil Nəqliyyatı Xidmətindən işdən heç kim çıxarılmayıb”, –
deyə məlumatda qeyd olunub.

Teqlər: