Vətəndaşların növbədə orta gözləmə müddəti isə iki dəfə
azalaraq 2 dəqiqə 57 saniyə təşkil edib
DOST mərkəzlərində vətəndaşlara xidmətlərin çevikliyinin təmin
edilməsi də bu xidmətlərdən vətəndaş məmnunluğuna nail olunması
üçün aparılan işlərin əsas hədəflərindən biridir.
Son bir ildə bu istiqamətdə növbəti irəliləyiş qeydə alınıb:
DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin
göstərilməsinin orta müddəti 2019-cu il üçün 10 dəqiqə 5 saniyə,
2020-ci ildə 9 dəqiqə 40 saniyə olduğu halda, 2021-ci ildə 8 dəqiqə
31 saniyə təşkil edib.
Eyni zamanda, DOST mərkəzlərində vətəndaşların növbədə orta
gözləmə müddəti 2019-cu il üçün 6 dəqiqə 35 saniyə, 2020-ci ildə 4
dəqiqə 24 saniyə olub. Ötən il bu göstərici təqribən iki dəfəyə
yaxın azalaraq 2 dəqiqə 57 saniyəyə enib.
2019-cu ilin may ayından 5 DOST mərkəzi açılıb. Sosial sahələrə
aid 156 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə
təqdim olunduğu bu mərkəzlərdə ötən dövrdə 700 mindən çox vətəndaşa
xidmət göstərilib.