DOST mərkəzlərində yeni rekord

1 və 2 saylı Bakı DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Fevralın 2-də 1 saylı Bakı DOST Mərkəzinə 1043 nəfər vətəndaş müraciət edib. 3 saylı Bakı DOST Mərkəzinə müraciət edən vətəndaşların sayı isə 1236 olub. 2 saylı Bakı DOST Mərkəzində 516 nəfər vətəndaşa xidmət göstərilib. Hər üç DOST mərkəzinə müraciət edən ümumi vətəndaş sayı 2795 nəfər təşkil edib.

Mərkəzdən AzerTimes-a bildirilib ki, müraciətlər, əsasən sosial müdafiə (62.72%), bank xidmətləri (15.56%), əlillik (9.84%), məşğulluq (9.09%), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi (1.93%), notarius xidmətləri (0.54%) və əmək münasibətləri (0.32%) ilə bağlı olub. Sosial müdafiə xidmətləri isə pensiya, sosial müavinətlər, sosial sığorta və sosial xidmət kimi sahələri əhatə edib.

Xidmətlərdən yararlanan vətəndaşların məmnunluq səviyyəsi 97 faizdən çox olub.

Teqlər: