Xəbər - Ceyhun Ələkbərov – Trend:
DOST mərkəzlərində Vətən müharibəsi qaziləri və şəhid ailələri üçün müxtəlif xidmətlər göstəriləcək.
Bunu AzerTimes-a açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. O qeyd edib ki, 4 sayılı DOST mərkəzində “Vahid əlaqələndirmə mərkəzi” proqramının ilk təqdimatı olacaq:
“Burada şəhid ailələri və qazilərə sosial təminat, məşğulluq və əmək münasibətləri istiqamətində xidmətlər göstəriləcək. Bunun üçün xüsusi pəncərələr təşkil olunub və həmin pəncərələr vasitəsi ilə xidmətlər həyata keçiriləcək”.