“DOST” mərkəzlərində əmək qanunvericiliyinin pozulmasına dair müraciətlər qəbul ediləcək

Prezident İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi” üzrə təsdiq edilmiş Agentliyin vəzifələri və hüquqlarına, eləcə də xidmətlər siyahısına dəyişiklik edilib.

Dəyişikliyə görə, övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək Agentliyin vəzifələri və hüquqlarına şamil edilməyəcək.

Agentlik “DOST” mərkəzlərində göstərilən xidmətlərlə əlaqədar monitorinqlər aparacaq.

Bundan başqa fərmana əsasən “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi; mediasiya xidmətlərinin təşkili” də daxil edilib.

Teqlər: