DOST Mərkəzi qazi ailəsinə dəstək göstərir (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Qarabağ müharibəsi iştirakçısı Kənan Məmmədovu evində ziyarət ediblər.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, beş nəfərdən ibarət ailənin başçısı olan Kənan Məmmədovun səhhətində yaranmış problemlərlə bağlı onun əlilliyinin qiymətləndirilməsi üçün müvafiq müraciət prosedurunun sürətli şəkildə həyata keçirilməsində mərkəz ona öz dəstəyini göstərəcək.

Həmçinin qazinin həyat yoldaşının məşğulluğunun təmin edilməsinə kömək göstərilir.


Ailəyə bildirilib ki, DOST Agentliyi onların ehtiyaclarının qarşılanması üçün dövlət dəstəyi tədbirləri çərçivəsində istənilən köməyi göstərəcək.

Teqlər: