DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə birgə layihə üzrə daha 100 nəfəri işlə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə əməkdaşlığa başlayıb.

Əməkdaşlıq çərçivəsində DOST İş Mərkəzi respublikamızın rayon
(şəhər) dövlət arxivlərində işçi qüvvəsinə olan təlabatı nəzərə
alaraq, habelə bölgələrdə məşğulluğa dəstək məqsədilə 100 nəfər
müvafiq sahədə işlərə cəlb olunub.

İşə cəlb edilən şəxslər dövlət arxivlərində əmək müqaviləsi
əsasında arxiv işlərini yerinə yetirəcəklər.

Bununla onlar həmin peşə sahələri üzrə ilkin bilik və bacarıqlar
qazanmaq imkanı da əldə edəcək.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki,
bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Teqlər: