Xəbər - Fərid Zöhrabov – Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş” Mərkəzi daha 40 nəfər işsiz şəxsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası və Mərkəzi Hərbi Poliklinikasında operator işi ilə təmin edib.
Trend xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılıb. Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının altsistemə çıxışı təmin edilib.
İşə cəlb olunanlar operator kimi çalışaraq, komissiyalar tərəfindən ötən dövrdə verilmiş şəhadətləndirilmə sənədlərinin qeyd edilən altsistemə daxil edilməsi prosesini həyata keçirir.
Keçən il də “DOST İş” Mərkəzi tərəfindən həmin sahə üzrə 26 şəxs işlə təmin edilib. Beləliklə, ödənişli ictimai işlər proqramı şərşivəsində ümumilikdə 69 şəxs əmək müqaviləsi ilə operator işində çalışır və həm də müvafiq fəaliyyət sahəsi üzrə ilkin peşə bilik və bacarıqları qazanırlar.