Ukrayna münaqişəsinin ədalətli həllinə Ukraynanın ərazi bütövlüyünün qorunması şərti ilə nail olunmalıdır.
AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Hürriyət” qəzetinə müsahibəsində deyib.
“Bizim hər iki tərəflə xüsusi münasibətimiz var. Biz onları dinləməkdən imtina etmirik. Dost ancaq həqiqəti deyir, biz belə edirik. Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalıdır”, – Fidan bildirib.
Onun sözlərinə görə, tərəflərin yorğunluğu 2025-ci ildə yeni vəziyyətə gətirib çıxara bilər:
“Heç bir tərəf münaqişədə uduzan tərəf sayılmaq istəmir. Rusiya ilə Ukrayna arasında ümumi dil axtarışları davam edir”.