DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Gənclər Günü ilə bağlı tədbir keçirilib.
AzerTimes xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, həssas əhali qruplarından 80 nəfər benefisiar və xeyli sayda könüllü iştirak edib.
Müğənni, bəstəkar Murad Arif tədbirin qonağı olub. İştirakçılar Mərkəzdə yaradıcılıq studiyalarındakı təlimi izləyib.
Sonda müğənni Murad Arif konsert proqramı ilə çıxış edib, gənclərlə birlikdə mahnı oxuyub.