Can Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı uyğun şərtləri bölgədə sülh və sabitliyi daimi qalması üçün tətbiq edirik.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.
“Ermənistanla qarşılıqlı şəkildə təyin etdiyimiz xüsusi nümayəndələrin görüşləri davam edir. Təbii ki, bu prosesi Azərbaycan və Ermənistan arasındakı prosesdən və yekun məqsədimiz olan bütün bölgədə normallaşma və əməkdaşlıq niyyətimizdən müstəqil düşünmürük. Son günlər bölgədə yaşanan gərginlik mövcud sükunətin nə qədər kövrək olduğunu göstərir. Əlbəttə, bu proseslərdə can Azərbaycanla həmrəyliyimiz davam edəcək. Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil”, – XİN başçısı deyib.