Xəbər - İlhamə İsabalayeva – Trend:
Hazırda bütün xidmətlərin virtuallaşması, virtual dost platformasının yaradılması üzərində iş aparılır.
AzerTimes-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda səyyar xidmətlər hələlik Bakı şəhəri üzrə həyata keçirilir. Bu xidmətlərin genişləndirilməsi üzrə işlər aparılır:
“Ucqar rayonlarla bağlı səyyar xidmətlərimiz də zamanla aktiv olacaq”.