Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi iki qurumla Anlaşma Memorandumu imzalayıb (FOTO)

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə
həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm də “Microsoft
Azərbaycan” arasında Anlaşma Memorandumları imzalanıb.

AzerTimes-ın
məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov
“Twitter” səhifəsində bildirib.

“Bu əməkdaşlıqlar ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafı və
yüksək texnologiyalara əsaslanan ekosistemin formalaşdırılması üçün
yeni imkanlar açır”, – deyə nazir qeyd edib.

Teqlər: