Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan
Mərkəzinin rəsmi açılışı olub.
AzerTimes-ın məlumatına görə,
bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində
bildirib.
“Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan
Mərkəzinin rəsmi açılışını qeyd edirik. MDB regionunda ilk olan bu
Mərkəzin fəaliyyəti ölkəmizdə müasir texnologiyalardan istifadənin
və rəqəmsallaşmanın sürətlənməsinə, innovasiyaların tətbiqinə mühüm
töhfə verəcək”, – nazir qeyd edib.