Dörd mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin birinci rübü
ərzində 4,1 min nəfər özünüməşğulluq proqramına cəlb olunub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, onların mühüm
hisssəsi şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, Vətən
müharibəsi veteranlarıdır.

Proqrama cəlb olunan şəxslərə ilk olaraq təlimlər keçirilir.
Daha sonra biznes planlarına uyğun olaraq mal və materiallar
formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə
təsərrüfatları yaradılır.

Teqlər: