Eyfel qülləsindən dörd dəfə böyük olan 138971 (2001 CB21) adlı
nəhəng asteroid Yerə yaxınlaşır.
AzerTimes-ın
məlumatına görə, bu barədə Rusiyanın “Roskosmos” kosmik agentliyi
öz “Telegram” kanalında bildirib.
Ölçüsü təxminən 1,3 kilometr olan səma cismi martın 4-də Yerin
orbitindən minimum məsafədən keçəcək.
Mütəxəssislərin obyekti “potensial təhlükəli” kateqoriyasına aid
etmələrinə baxmayaraq, proqnozlara görə, o, Yerlə toqquşmamalıdır,
çünki o, dörd milyon kilometrdən çox uzaq məsafədən keçəcək. Bu da
Aya qədər olan məsafədən 10 dəfə çoxdur.