Doqquz ölkə İranla bağlı bəyanat yaydı

Doqquz ölkə İranla bağlı bəyanat yaydı

ABŞ, İsveç, Çili, Cənubi Koreya, Avstraliya, İslandiya, Kanada, Yeni Zelandiya və Böyük Britaniyanın xarici işlər nazirləri İranda etirazçı qadınlara qarşı edilən zülmü pisləyiblər.

AzerTimes xəbər verir ki, bu, “Onlayn məkanda cinsi qısnama ilə mübarizə üzrə qlobal tərəfdaşlıq” proqramına qatılan 9 ölkənin xarici işlər nazirlərinin yaydıqları birgə bəyanatda yer alıb.

Bəyanatda Tehran rejiminin etirazları vəhşicəsinə yatırtması ilə yanaşı, qadın və qızlara qarşı zülmü, xüsusilə rəqəmsal texnologiyalar və onlayn platformalar vasitəsilə etdiyi qısnama və digər zorakılıq əməlləri pislənilib.

Qeyd edək ki, “Quardian” qəzeti İranda təhlükəsizlik qüvvələrinin etirazçı qadınlara qarşı xüsusi zorakılığı ilə bağlı hesabat yayıb.

Teqlər: