Doqquz ayda sosial xidmət sahələri üzrə 465 min elektron arayış verilib

Cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə dair 465 min elektron arayış verilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, əmək münasibətləri, məşğulluq, sosial təminat, sosial sığorta, əlillik, reabilitasiya və s. sahələr üzrə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik tərəfindən son iki ildə 30 növ e-arayış xidməti də yaradılaraq istifadəyə verilib.


Sosial təminat növləri, sosial sığorta, əmək, məşğulluq, əlillik, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları vətəndaşlar artıq hər hansı quruma müraciət etmədən, e-qaydada əldə edə bilirlər.

Teqlər: