Dop Dolu Məhdud Məsuliyyətli Cəmiyyəti müflisləşib.
AzerTimes İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizə yazıb.
Ərizə Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilib.
Həmin iş üzrə məhkəmə iclası Bakı Kommersiya Məhkəməsinin inzibati binasında keçirilməklə iyulun 2-nə təyin edilib.
Qeyd edək ki, “Dop Dolu” 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Çingiz Elşad oğlu Kəngərlidir.