Donuz tövləsinə çevrilən Şah Abbas məscidi… – Foto

Donuz tövləsinə çevrilən Şah Abbas məscidi… – Foto

1683-ci ildə Füzuli rayonunun Qarğabazar kəndində edilən Şah Abbas məscidi 30 illik Ermənistan işğalı nəticəsində dağıdılaraq donuz tövləsinə çevrilib.

AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

Bayramov bildirib ki, Şah Abbas məscidi doğulduğu Füzuli rayonunun Aşağı Güzdək kəndinin yaxınlığında yerləşirdi:

“Tarixiliyi ilə seçilən abidələrdən idi. İndi məscidin sadəcə qalıqları qalıb”.

Millət vəkilinin sözlərinə görə, Şah Abbas məscidi Qarabağda işğal müddətində dağıdılan yeganə məscid deyil:

“Ermənistan işğalı müddətində 403 tarixi və dini abidələr tamamilə dağıdılıb. İkili standartlara söykənərək Azərbaycanı “izləmə siyahısı”na daxil edən ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası ölkəmizin dini və tarixi abidələri dağıdılan zaman görəsən niyə göz yumurdu? Aydındır ki, bu qərəzli hesabatlarda məqsəd tamamilə fərqlidir. Amma Azərbaycan bu tip təhdidlərə hər zaman cavab vermək gücündədir və hansı hesabatlarda nələrin yazılmasından asılı olmayaraq, ölkəmizdə dini etiqad azadlığı hər zaman müdafiə olunur. Elə dünən pravoslavlar ən vacib xristian bayramlarından birini – Milad bayramını pravoslav kilsələrində təntənəli ibadət mərasimləri ilə qeyd etdilər: bu hesabat müəlliflərinin görmək istəmədiyi çoxsaylı faktlardan sadəcə biridir”.

Teqlər: