Donbasın 28 yaşayış məntəqəsindən uşaqların təxliyəsi davam edir. Son sutka ərzində 481 uşaqla birgə 372 ailə təhlükəli əraziləri tərk edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Liman, İlyinovskaya, Mirnoqradskaya, Qrodovskaya, Novoqrodovskaya, Selidovskaya və Kuraxovskaya ərazi icmalarından təxliyə prosesinə polisin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət 20 qrup cəlb olunub.
Uşaqların təxliyəsi yalnız valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə və azı bir valideynin müşayiəti ilə baş verir.