Donetsk sakinləri təxliyə olunur – Vereşşuk

Donetsk sakinləri təxliyə olunur – Vereşşuk

Ukrayna hakimiyyəti təxliyə qərargahı yaradıb və Donetsk vilayətinin sakinlərini ölkənin qərbinə getməyə çağırır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini – nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk bildirib.

“Biz Donetsk vilayətinin sakinlərini təxliyəyə hazırlayırıq! Qərargah yaradılıb, qüvvə və vasitələri yerləşdiririk. Ölkənin mərkəzində və qərbində yerləşən rayonlar şərqdən xalqımızı qəbul etməyə hazırlaşır”, – Vereşçuk Teleqram kanalında yazıb.

Teqlər: