Rusiyanın işğal etdiyi Donetsk vilayətinin Enakiyevo şəhərində üç məhbus cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, məhkum kameralardan çıxaraq müəssisənin əməkdaşlarını girov götürə biliblər.
Aparılan əməliyyat nəticəsində məhkumlar ələ keçib.
Ölü və yaralıların olmadığı bildirilib.