Rusiya generallarının 2023-cü ildə istefası daha çox olacaq, çünki ordu Kremlin Donbasdakı hədəflərinə çata bilmir.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
“Rusiya sosial şəbəkələri Müdafiə Nazirliyinin böyük ehtimalla general-polkovnik Rüstəm Muradovu Ukraynadakı Şərq Qüvvələr Qrupunun komandanı vəzifəsindən azad etdiyini yazır. Muradovun komandan olduğu qrup son aylarda müstəsna dərəcədə böyük itkilər verib, Uqledar şəhərini ələ keçirməyib. Hazırda o, 2023-cü ildə işdən çıxarılan ən yüksək rütbəli Rusiya hərbçisidir. Çox günan ki, bunlar çoxalacaq. Çünki Donbasdakı hədəflərinə çata bilməyib”, – məlumatda qeyd olunub.