Donald Tramp xəstəxanadan buraxılır

Donald Tramp xəstəxanadan buraxılır

ABŞ Prezidenti Donald Tramp bu gün müalicə aldığı xəstəxanadan evə buraxılacaq.

Birləşmiş Ştatlarının lideri öz sosial şəbəkə hesabında bu barədə deyib.

O bildirib ki, özünü 20 il cavan hiss edir:

“COVID-19-dan qorxmayın. Həyatınıza hakim olmasına icazə verməyin. Mənim rəhbərliyim altında həqiqətən də güclü dərmanlar istehsal etdik. 20 il əvvələ görə özümü daha yaxşı hiss edirəm”.

Qeyd edək ki, Tramp və xanımı COVİD-19-a yoluxmuşdu.