Donald Tramp TikTok’a qadağa qoymaq istəyir

Donald Tramp TikTok’a qadağa qoymaq istəyir

ABŞ Prezidenti Donald Tramp, ABŞ-da Çin şirkətinə məxsus TikTok tətbiqinin istifadəsini qadağan etməyi planlaşdırır.

“TikToka gəldikdə, ABŞ-da bunu qadağan edəcəyik”,-deyə Tramp açıqlamasında bildirib.

Trump, fövqəladə iqtisadi səlahiyyətlərdən istifadə etməklə və ya şənbə günü bir fərman imzalamaqla ABŞ-da tətbiqetməni rəsmi olaraq qadağan edə biləcəyini bildirib. Nəşrin verdiyi məlumata görə, Tramp həmçinin bildirib ki, o tətbiqin hər hansı bir ABŞ şirkəti tərəfindən alınması təklifini də dəstəkləmir.

Qeyd edək ki, daha əvvəl Donald Tramp ABŞ hökumətinin Çin sosial şəbəkəsi – “TikTok”a qarşı mümkün tədbirlər görməyə hazırlaşdığını açıqlamışdı.

ABŞ-ın İT nəhəngi “Microsoft” şirkəti isə TikTok-un alınması ilə bağlı Çinin “ByteDance” şirkəti ilə danışıqlar apardığını bildirmişdi.