Dünyaya daha bir Tramp gəldi. ABŞ-ın qalmaqallı prezidenti doqquzuncu dəfə baba olub.
Bu barədə onun oğlu Erik “Twitter”də yazıb. “Lara Tramp və mən oğlumuz Erik Lyuk Trampın doğulması xəbərini verməkdən çox şadıq”.
Prezident də öz oğlunu sosial şəbəkə vasitəsi ilə təbrik edib. İzləyiciləri isə Trampda maraqlı təklif veriblər – postundan get və nəvələrində daha çox zaman keçir.
Trampın nəvələri müntəzəm olaraq ağ evdə olurlar. Bir neçə ay öncə gizli xidmətin əməkdaşlarından biri onun yatan nəvəsi ilə selfi edib. Yuxudan oyanan uşaq bu barədə ata-anasına şikayət edib. Nəticədə işçi barəsində təhqiqat başlayıb.
Ağ evi daha çox ziyarət edən isə Trampın qızı İvankanın övladlarıdır. Hətta 11 aylıq Teador Ağ evdə iməkləməyə və gəzməyə başlayıb. Bu prosesin videogörüntülərini isə anası İvanka “İnstagram” səhifəsində payalaşmışdı.