Dominikan Respublikasında koronavirusla əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi 45 gün müddətinə uzadılıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkə rəhbərliyi qərar qəbul edib.
Məlumata əsasən, qərar iyulun 14-ü qüvvəyə minəcək (hazırda qüvvədə olan fövqəladə vəziyyət rejiminin birmə tarixi).
Qeyd edək ki, Dominikan Respublikasında koronavirusa 324 mindən artıq yoluxma halı qeydə alınıb, 3 801 nəfər isə koronavirusdan vəfat edib.