Dolların bahalaşmasını buraxın, əsas hicabdır – Xatəmi

Dolların bahalaşmasını buraxın, əsas hicabdır – Xatəmi

İran Ekspertlər Şurasının idarə heyətinin sözçüsü Əhməd Xatəminin hicabla bağlı çıxışı etirazlarla qarşılanıb.

AzerTimes xəbər verir ki, sosial media istifadəçiləri və iqtisadçılar onu xalqın dolanışıq şəraitinin ağırlığı və bahalığın səviyyəsindən xəbərsiz olduğunu yazıblar.

Əhməd Xatəmi İran Prezidenti İbrahim Rəisiyə müraciət edərək ondan hicabsızlıqla bağlı tədbirlər görməsini tələb edib.

“Dolların bahalaşmasını buraxın, əsas hicabdır. Hicabsızlığın qarşısının alınması üçün hərəkətə keçin”,- Əhməd Xatəmi tələb edib.

Teqlər: