Dollara tələb artır: manatın məzənnəsi isə…

Dollara tələb artır: manatın məzənnəsi isə…

Dollara tələb artmaqda davam edir. Son 2 günün hərraclarında 140 milyon dollar satılıb.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın dekabrın ilk yarısında təşkil etdiyi son 4 hərracda ümumilikdə 279,9 milyon dollarlıq sifariş yaranıb.

V.Bayramov dollara tələbin artmasının mövsümi faktorlarla bağlı olduğunu və bunun MB tərəfindən əvvəlcədən nəzərə alındığını da qeyd edib.

O vurğulayıb ki, manata təzyiq artsa da, hazırda məzənnəni Mərkəzi Bank müəyyən edir və manatın məzənnəsinin dəyişməsi yalnız MB-nin qərarına bağlıdır.

Teqlər: